AZ
Müraciət Et

HÜQUQİ VƏ DƏSTƏK

NK Media xidmətlərindən istifadə şərtləri və məxfilik siyasəti.

1. Şərtlər və Qaydalar

NK Media platformasından və xidmətlərindən istifadə edərək bu şərtləri qəbul etmiş olursunuz. Sənətçi, sistemə yüklədiyi hər bir audionun (mahnının) qanuni sahibi olduğunu və heç bir başqa şəxsin hüquqlarını pozmadığını təsdiq edir.

2. Məxfilik Siyasəti

Sizin şəxsi məlumatlarınız (ad, soyad, bank rekvizitləri, əlaqə nömrələri) yüksək təhlükəsizlik protokolları ilə qorunur və heç bir halda üçüncü tərəflərlə paylaşılmır. Məlumatlar yalnız gəlirlərin ödənilməsi və rəsmi hesabatlar üçün istifadə edilir.

3. Müəllif Hüquqları və Müqavilələr

Musiqi distribusiyası həyata keçirilərkən əsərin Müəllif Hüququ (Copyright) tam olaraq sənətçidə (və ya istehsalçı şirkətdə) qalır. NK Media yalnız həmin əsərin yayım (paylaşım) hüququnu alır və bundan gələn gəlirin idarəedilməsini həyata keçirir.

Əgər hüquqi məsələlərlə bağlı daha ətraflı məlumat almaq və ya müqavilə şərtləri ilə tanış olmaq istəyirsinizsə, lütfən Əlaqə səhifəmizdən bizə yazın.