Mahnım neçə günə platformalara yüklənir?
Mahnınız sistemimizə əlavə edildikdən sonra yoxlanılır və adətən 24-48 saat ərzində Spotify, Apple Music və digər qlobal platformalara göndərilir. Lakin zəmanətli reliz üçün mahnınızı planlaşdırdığınız tarixdən ən azı 1 həftə əvvəl bizə təqdim etməyiniz məsləhətdir.
YouTube-da kimsə mahnımı icazəsiz paylaşsa nə olur?
Biz "Content ID" sistemi vasitəsilə musiqinizi qoruyuruq. Əgər kimsə mahnınızı öz kanalında paylaşarsa, sistem bunu avtomatik tapır və ya həmin videonu silir, ya da o videodan gələn bütün gəlirləri sizin hesabınıza yönləndirir.
Gəlirlərimi necə və haçan ala bilərəm?
Rəqəmsal platformalar (Spotify, YouTube və s.) hesabatları adətən 1-2 ay gecikmə ilə göndərir. Hesabatlar sistemə oturduqdan sonra balansınızdakı məbləği asanlıqla bank hesabınıza və ya kartınıza tələb edə bilərsiniz.
Müqavilənin müddəti nə qədərdir?
Biz sənətçilərimizlə həm konkret layihə/mahnı bazasında, həm də uzunmüddətli eksklüziv müqavilələr bağlaya bilirik. Şərtlər sənətçinin karyera planlarına uyğun olaraq fərdi təyin olunur.