Billie Eilish son iki ildə streaming platformalarının ən güclü sənətçilərindən biri olaraq qalır. Onun Hit Me Hard and Soft albomu ilk günündə Spotify-da 72.7 milyon stream topladı və bu, onun karyerasının ən böyük debütü oldu. Albom ilk həftədə 500 milyondan çox dinlənmə əldə etdi və 138 ölkədə Apple Music chart-larında birinci yerə yüksəldi.
Alboma daxil olan Wildflower artıq 2 milyard stream həddini keçib. Maraqlısı budur ki, Wildflower əvvəlcə albomun ən məşhur mahnılarından biri deyildi, lakin TikTok və fan videoları sayəsində sonradan çox sürətlə populyarlaşdı. Mahnı 2026 Grammy mükafatlarında “Song of the Year” qazandı və hazırda Billie Eilish-in ən böyük hitlərindən biri sayılır.
Birds of a Feather, Chihiro və Wildflower kimi mahnılar hələ də chart-larda yüksək yerlərdədir. Bu, göstərir ki, Billie Eilish sadəcə qısa müddətli trend artist deyil, uzunmüddətli uğur qazana bilən sənətçidir.
Coachella 2026 festivalında da Billie Eilish ən çox danışılan sənətçilərdən biri oldu. O, sürpriz şəkildə Justin Bieber-in performansına qatıldı və bu an sosial mediada milyonlarla dəfə paylaşıldı.